Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Finansist hər il olduğu kimi bu dəfə də 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin media partnyoru oldu

19 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçirildi. “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir: 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri oldu.

“BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olundu. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim etdilər.     

Artıq dördüncü ildir ki, sərgi "Tibbi Turizm" sektorunu fəal surətdə inkişaf etdirir və beynəlxalq klinikalar bu sektorda aktiv iştirak edirlər. Sərgi çərçivəsində sağlamlaşdırıcı istirahət sənayesinin mütəxəssisləri məhsuldar əlaqələr quraraq aparıcı klinikalarla əməkdaşlıq münasibətləri yarada bilər.

Bu il xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru aktiv təqdim olundu. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alırdı. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.   

Artıq dördüncü ildir ki, sərgi "Tibbi Turizm" sektorunu fəal surətdə inkişaf etdirir və beynəlxalq klinikalar bu sektorda aktiv iştirak edirlər. Sərgi çərçivəsində sağlamlaşdırıcı istirahət sənayesinin mütəxəssisləri məhsuldar əlaqələr quraraq aparıcı klinikalarla əməkdaşlıq münasibətləri yarada bilər.

Sərgi çərçivəsində Tibbi Turizm mövzüsunda WORKSHOP təşkil olundu. Workshop Azərbaycanda müalicə turizminin inkişafına, və ölkəmizdə ictimaiyyətin müalicə-sağlamlıq turizminin potensialı barədə məlumatlandırılmasına kömək edəcək.

Sərginin təşkilatçıları qismində Iteca Caspian  və onun Böyük Britaniyalı tərəfdaşı ITE Group şirkətləri çıxış edirlər. Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.