Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

24 fevral 2016-cı il tarixində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası  təsis etdiyi Finansist jurnalının 3 yaşını qeyd etdi. 3 il öncə APFM Müşahidə Şurasının qərarı ilə Finansist ilk sayını oxucularına təqdim etdi və təqdimat mərasimi keçirildi. Həmişə ilklərə imza atan APFM bu dəfə də yanılmadı- yüksək peşəkarlıqla ərsəyə gələn jurnal qısa bir zamanda respublikamızın iqtisadiyyatla yaxından maraqlanan mütəxəssislərinin diqqətini çəkdi, geniş oxucu kütləsinin rəğbətini qazandı, inkişaf etdi və özünü doğrultdu.

Bu günə kimi çoxşaylı abunəçiləri, diqqətcil və fəal oxucuları olan Finansist maliyyəçilərin beynəlxalq təcrübəyə əsaslanaraq peşəkar inkişafı üzrə yeniliklərini daima təbliğ edir, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.  Jurnal iqtisadiyyat və maliyyə sahəsində çalışan peşəkar mütəxəssislər üçün faydalı tədris vəsaiti kimi də mühüm rol oynayır.

Bu illər ərzində Finansist  fəallığını artırmış, ictimaiyyətdə əks-səda doğurmuş,  respublika əhəmiyyətli sosial-mədəni tədbirlərin media partnyoru kimi də çıxış edərək  yeni rubrikalarını oxucularına təqdim etmişdir. Jurnala həmçinin MDB ölkələrindən də mütəxəssislər cəlb edilmiş, inglis və rus dillərində də maliyyə mütəxəssislərimiz üçün çox maraqlı və faydalı mövzular yer almışdır.

APFM üzvləri isə ən fəal abunəçilər sırasında olaraq, daima redaksiyaya ünvanlanan fikirləri və təklifləri ilə jurmalın inkişafında əhəmiyyətli rol oynayırlar.

Ad günü mərasimində həmçinin  Finansist  jurnalının 2015-ci il üzrə  “İlin məqaləsi” müsabiqəsinin qalibinə və  Assosiasiyanın tədris mərkəzində Beynəlxalq mühasibat uçotu üzrə IAB Level 3,  Level 4, , DIP IFR Milli kvalifikasiyası və ICFM Daxili audit proqramlarının məzunlarına diplomlar təqdim olundu.

APFM  və Böyük Britaniya institutlarının uğurlu əməkdaşlığı sayəsində yüzlərlə mütəxəssis yüksək keyfiyyətli təhsil alaraq öz peşəkar yollarını tapıblar. Tədris proqramlarının müəllimləri məzunları bu çətin təhsili başa vurmaları münasibəti ilə təbrik etdilər. Onlar bir daha qeyd etdilər ki , təlim zamanı əldə edilən bacarıqlar, praktiki biliklər məzunlar üçün çox gözəl imkanlar və perspektivlər yaradır. Bu həqiqətəndə həm peşəkarlıq baxımından, həm də karyera baxımından güclü bir təkandır.

Mərasim fürşetlə davam etdi,  ad günü tortu kəsildi.

Finansist jurnalının bütün kollektivini , yaradıcılarını, abunəçilərini  Ad Günü münasibətilə ürəkdən təbrik edirik. Arzu edərdik ki, jurnalın ömrü uzun olsun, səhifələrindəki yazılar isə hər zaman böyük maraq və həvəslə qarşılansın.