Bakıda “28 Mall”da yerləşən “28 Cinema”da 350 nəfərin iştirakı ilə ikinci Pecha Kucha Night Baku “Vol2-10il” baş tutub.
Tədbiri giriş sözü ilə açan layihənin Azərbaycan üzrə nümayəndəsi, “İrəli” İctimai Birliyinin Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı bildirib ki, dünyada geniş populyarlıq qazanmış Pecha Kucha (PKN) təqdimatları ilk dəfə olaraq Azərbaycanda “İrəli” tərəfindən təşkil edilib. Belə ki, “İrəli” İctimai Birliyi 2012-ci ildə PKN tədbirlərinin Azərbaycanda keçirilməsi üçün rəsmi razılıq əldə edib.
Daha sonra isə 6 müxtəlif sahələrdə uğur qazanmış spikerlərin çıxışları baş tutub. Spiker kimi çıxış edən “Finansist” jurnalının baş redaktoru Ramil Bağırov, əldə etdiyi nailiyyətlər, uğur hekayələri haqda təqdimat edib və verdiyi mesajlar auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Onlar nəinki Jurnalda dərc edilən actual mövzularla, həmçinin APFM-in təklif etdiyi beynəlxalq statuslu tədris və üzvlük proqramları ilə yaxından tanış olmaq imkanı əldə edib.
APFM ilk dəfə idi ki, bu tədbirdə iştirak edirdi və burada geniş imkanlarımızı və əməkdaşlıq perspektivlərini təqdim etməyə şad olduq. Gələcəkdə “İrəli” İctimai Birliyinin növbəti tədbirlərində də iştirak etməyi nəzərdə tuturuq.
