Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Mühasiblərin, maliyyə menecerlərinin və direktorlarının maraqlarını təqdim edən, beynəlxaq statusunu təmin edən  peşəkar qurum kimi Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tədris mərkəzi İnfosystem-link   digər ölkələrin ən qabaqcıl təcrübəsinin öyrənilməsi, beynəlxalq Mühasiblər Federasiyasının standartlarına uyğun yeni mühasib ixtisası üzrə kadr hazırlığı, və beynəlxalq təşkilatlara üzvlüklə bağlı tədbirlərin davamı kimi,  18 -22 iyun 2013 tarixində London şəhərində Böyük Britaniyanın Beynəlxalq Mühasiblər Assosiasiyasının (IAB) 40 illik yubileyinə həsr  olunmuş möhtəşəm tədbirdə iştirak etmişdir. Bu tədbirdə dünyanın 90 ölkəsinindən IAB nümayəndəliklərinin rəhbərləri, tədris mərkəzlərinin müəllimləri və tələbələri iştirak edirdi.

Qeyd edək ki, Assosiasiyanın tədris mərkəzi- İnfosystem-link IAB-in Azərbaycanda rəsmi nümayəndəsi kimi 2005-ci ildən fəaliyyət göstərir. Hal hazırda Azərbaycanda İAB kvalifikasiyaları və imtahanları 3 səviyyədə təqdim olunur və bu yaxınlarda 4-cü səviyyə (Level 4 Diploma in Accounting to International Standards),  ayrıca kvalifikasiya kimi isə “Finance English” kvalifikasiyası üzrə imtahanların keçirilməsi nəzərdə tutulur.

IAB 40 illik yubileyini qeyd etdi. Tədbir Parlamentdə (Houses of Common)  IAB Prezidenti- Parlamentin üzvü - Fabian Hamiltonun qəbulu ilə başladı və “Great Hall” banket zalında təmtəraqlı Qala Şam Yeməyi (Gala Dinner ) ilə başa çatdı. Qala Şam yeməyində  IAB İcraedici Direktoru Malcolm Trotter qonaqları salamlayaraq onlara bu müddət ərzində daimi əməkdaşlığa görə təşəkkürünü bildirdi, bir daha vurğuladı ki, Beynəlxalq Mühasiblər Assosiasiyası (IAB) neçə illərdi aktiv fəaliyyət göstərir və mühasiblərə, maliyyə mütəxəssislərinə beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi üzrə bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq statuslu kvalifikasiyalar təqdim edir, 40 il ərzində 150,000 mütəxəssis  (25 000 Avropada olmaqla) IAB proqramları üzrə ixtisaslaşmış və hal-hazırda IAB üzvləri kimi fəaliyyət göstərirlər. Şam yeməyinə həmçinin digər ölkələrin səfirliklərinin nümayəndələri də dəvət olunmuşdu, Azərbaycanın Böyük Britaniyadakı səfirinin 1-ci katibi Vusal Abdullayev də iştirak edirdi. O, Azərbaycan nümayəndə heyəti ilə görüşərək belə bir tədbirin keçirilməsini və ümumiyyətlə Azərbaycanda maliyyə mütəxəssislərinin davamlı ixtisas artırma proqramlarında fəal iştirak etməsini yüksək qiymətləndirdi və belə vacib tədbirlərin  davamlı olmasını arzuladı.

Səfər ərəfəsində həmçinin IAB nümayəndələrinin ümumi inkişaf strateqiyasi üzrə iclas keçirildi. Bu tədbirdə IAB-in digər ölkələrdə daha da inkişafı, üzvlük məsələlərinin müzakirəsi, yeni kvalifikasiyaların təqdimatı və ümumiyyətlə ölkələr arasında əməkdaşlıq və təcrübə əlaqələrinin genişləndirilməsi məsələləri  müzakirə olundu.

İnfosystem-Link tədris mərkəzi  7 illik əməkdaşlıq üzrə “Best Partner” Sertifikatı ilə təltif olundu.

 

Qeyd etmək lazımdı ki, IAB həmçinin Çirkli Pulların Yuyulması Reqlamentinə əsasən Parlament yanında Nəzarət Orqanıdır və bilavasitə mühasibatlıq uçotu və mühasib peşələri üzrə, eləcə də kommersiya fəaliyyəti və sənaye sahələrində böyük karyera imkanlarına təkan verən müxtəlif maliyyə və biznes ixtisasları təklif edir. Bu ixtisaslar tələbələrə bir çox müəssisələrdə tələb olunan zəruri maliyyə bilikləri üstünlüyü verir, IAB-a üzv olmağa və qurumun post-nominal məktublarına layiq görülməyə, eləcə də növbəti kvalifikasiyaları kəsb etməyə gətirib çıxarır.