Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

“Caspian Oil and Gas 2013” –
Azərbaycan neft strategiyasının uğurlarının təntənəsi

4 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbirin açılış mərasimi baş tutdu, belə ki, əlamətdar yubileyini - 20 il ərzində uğurla həyata keçirilməsini qeyd edən “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) beynəlxalq sərgi və konfransı öz işinə başladı. APFM kollektivi FİNANSİST-in redaksiya heyəti də bu tədbirin media iştirakçıları sıralarında yer aldı.

 Azərbaycanın iqtisadiyyat, elm və texnika sahələrində ən yaxşı nailiyyətlərini nümayiş etdirən “Caspian Oil and Gas 2013” sərgisi haqlı olaraq regionun aparıcı tədbiri hesab olunur.

 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərginin təntənəli açılış mərasimində çıxış edərək 20 il ərzində bütün Xəzəryanı regionun ən böyük forumu statusunu qazanmağa müvəffəq olmuş bu tədbirin əhəmiyyətini vurğuladı. Bütün bu illər ərzində sərgi ölkəmizin enerji məhsulları sahəsində uğurlarını müvəffəqiyyətlə əks etdirir. Sərginin inkişaf tarixi əsası 20 il əvvəl məşhur “Əsrin müqaviləsi” sayəsində qoyulmuş Azərbaycanın neft strategiyası ilə bağlıdır. Bu gün Azərbaycan dünyada qara qızıl diyarı və lider qaz ölkəsi kimi tanınır, “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və digər bu kimi meqa-layihələr isə qlobal iqtisadi əməkdaşlığın və Avropada enerji təhlükəsizliyinin təmin olunması üçün göstərilən səylərin rəmzinə çevrilib. Bu baxımdan, Cənub qaz dəhlizinin tərkib hissəsi olan və Xəzər regionundan mavi qazın Mərkəzi Avropaya nəqli üçün nəzərdə tutulmuş “TANAP” (Trans-Anadolu Qaz Kəməri) layihəsi də xüsusi mövqeyə malikdir. Ölkə başçısı həmçinin qeyd etdi ki, bu layihələrin icrası üçün bütün maraqlı tərəflər balanslaşdırılmış mövqe nümayiş etdirməlidirlər. Bu mənada energetika sektoru ilə yanaşı, qeyri-neft sektorunun da nailiyyətlərini nümayiş etdirən ixtisaslaşdırılmış sərgilər əməkdaşlıq meydanına çevrilir.

Bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayır

Yubiley sərgidə iştirakımızın məqsədi FİNANSİST-i neft-qaz sahəsinin geniş mütəxəssis auditoriyasına nümayiş etdirmək idi, belə ki, mütəxəssislər bizim stenddə nəinki Jurnalda dərc edilən actual mövzularla, həmçinin APFM-in təklif etdiyi beynəlxalq statuslu tədris və üzvlük proqramları ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

 “Caspian Oil & Gas” sərgisi isə peşəkar əməkdaşlıqdan çox məmnunuq. Bu cür tədbirlər çox faydalıdır və müştəri axtarışı, habelə biznes üçün yeni imkanların genişləndirilməsi kimi sahələrlə bağlı məsələlərə aydınlıq gətirir. Qeyri-rəsmi şəraitdə keçirilən görüşlər isə bu sahədə fəaliyyət göstərən digər şirkətlərin bütün təkliflərini ətraflı şəkildə nəzərdən keçirmək üçün imkan yaradır.

 

Biz ilk dəfə idi ki, bu sərgidə iştirak edirdik və burada geniş imkanlarımızı və əməkdaşlıq perspektivlərini təqdim etməyə şad olduq. Gələcəkdə Bakı Ekspo Mərkəzində keçiriləcək növbəti sərgilərdə də iştirak etməyi nəzərdə tuturuq.