Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

2013-cü il Professional Maliyyə Menecerləri Assosiasiyasının tədbirlər planı çərçivəsində APFM Məsləhət Şurasının qərarına əsasn bu ilin sentyabr ayında Mühasiblərin və Auditorların 4-cü Avrasiya Forumu keçirilməsi nəzərdə tutulur.

Forumun əsas mövzusu: “Daxili Nəzarət və Risklərin idarə olunması”

Məlumat üçün bildirmək istərdik ki,  ilk dəfə olaraq  APFM tərəfindən Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur

Forumda mövzu ətrafında Azərbaycan dövlət qurumlarının rəsmi nümayəndələrinin və xarici natiqlərin çıxışları dinlənilir, iqtisadiyyat,  maliyyə və audit sahəsində ən actual mövzular geniş müzakirə olunur, dəyirmi stol arxasında müzakirələr, formal və qeyri formal görüşlər keçirilir. İştirakçı ölkələr arasında  Azərbaycan, Türkiyə, Böyük Britaniya, Amerika ,Kanada, Rusiya Federasiyası, Rumıniya, Çex Respublikası, Slovakiya, Polşa, Fransa, Latviya, Litva, Ukrayna, Kazakhstan, Özbəkistan, Gürcüstan, Hindistan və s.ölkələri qeyd etmək olar.

Bu forum artıq Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir.

            Respublikanın ictimai əhəmiyyətli qurumlarının, nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sayəsində bu möhtəşəm hadisə respublikamızda daha geniş vüsət alaraq, daha səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli bir tədbirə çevrilir. Forum iştirakçıları bu hadisəni olduqca səmərəli və maarifləndirici qiymətləndirir, natiqlərin çıxışları yüksək dəyərləndirilir.

2013-cü il forumu da ənənəvi formatda 3 gün keçirilməsi nəzərdə tutulur.  Forumun 1-ci günü forum iştirakçiları və şəhərimizin qonaqlarına  bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınan Azərbaycanın qədim milli-mənəvi dəyərlərini, incəsənətini , tarixi və mədəniyyətini bir daha tanıtmaq məqsədilə  tariximizi, musiqimizi və ədəbiyyat salnaməmizi özündə yaşadan  muzeylərimizin birində Açılış Mərasimi ilə başlayacaq. 2-ci gün rəsmi tədbirlərin –konfrans və plenar iclasların keçirilməsi nəzərdə tutulur. Forumun son günu-Bağlanma mərasimində isə şəhər kənarı gəzinti və ekskursiyalar təşkil olunacaq.

Bütün oxucularımızı bu Forumda iştirak etməyə dəvət edirik və bu tədbirlə bağlı ən son məlumatları jurnalımızın növbəti saylarında da təqdim edəcəyik.