Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Azərbaycanda beynəlxalq biznes tədrisi üzrə ilk peşəkar menecment diplomlarının təqdimatı

23 aprel 2103-cü il tarixində APFM tədris mərkəzində Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin “Professional Diploma in Management” proqramı üzrə tədris keçmiş ilk məzunlar diplomlarla təltif olundu. Tədbirdə Beynəlxalq Menecment İnstitutunun müəllim və inzibati heyəti iştirak edirdi.

Beynəlxalq Menecment İnstitutu- LİNK Beynəlxalq Tədris Şəbəkəsinin 90 regional mərkəzlərindən biridir. LİNK şəbəkəsinin funksiyası Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin proqramlarının vahid tədris texnologiyalarına və standartlarına əsaslanır. Şəbəkənin koordinasiyası BeynəlxalqMenecment İnstitutu-LİNK tərəfindən həyata keçirilir, Böyük Britaniyanın Açıq Universitetinin Rusiyada və MDB ölkələrində ekslyuziv partnyorudur. Hazırda LİNK-Rusiyada ən iri Biznes məktəblərindən biri kimi təkcə Açıq Universitetin proqramları üzrə 9 000 menecer hazırlayır.

LİNK – Rusiya Biznes Təhsili Assosiasiyasının, Avropa Distans Təhsili Assosiasiyasının, Sahibkarlar və Sənayeçilər İttifaqının, Rusiya Marketinq Assosiasiyasının üzvüdür. Açıq Universitetinin Biznes Məktəbi AMBA, EFMD, CEL, AACSB kimi beynəlxalq akkreditasiyalara malikdir

Professional Diploma  in Management- Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin təqdim etdiyi bilik və bacarıqların modernizasiyası proqramıdır. Açıq Universitet dünyada ilk müvəffəqiyyətli distans tədris universitetidir. Bu proqram ixtisaslı mütəxəssis tələb olunan idarəetmə (top menecment) sahələrində ( ümumi menecment, maliyyə menecmenti, informasiya, marketinq, personalın idarə olunması və s) menecerlərin kompleks və professional hazırlığı üçün nəzərdə tutulur. Tədris rus dilində Beynəlxalq Menecment İnstitutu-LİNK müəllimləri tərəfindən aparılır.

Peşəkar menecerlərimizi təbrik edirik!