Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

Mühasiblərin, maliyyə menecerlərinin və direktorlarının maraqlarını təqdim edən, beynəlxaq statusunu təmin edən  peşəkar qurum kimi Professional Maliyyə Menecerləri Assosiasiyası, digər ölkələrin ən qabaqcıl təcrübəsinin öyrənilməsi, beynəlxalq Mühasiblər Federasiyasının standartlarına uyğun yeni mühasib ixtisası üzrə kadr hazırlığı, və beynəlxalq təşkilatlara üzvlüklə bağlı tədbirlərin davamı kimi,  11 -14 mart 2013 tarixində Böyük Britaniyanın Beynəlxalq Mühasiblər Assosiasiyasının (IAB) Beynəlxalq İnkişaf üzrə Məsləhətçisi, maliyyə və mühasibat sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisi cənab Geoffrey Barclay Azərbaycana dəvət etmişdi.

Qeyd edək ki, Assosiasiyanın tədris mərkəzi- İnfosystem-link IAB-in Azərbaycanda rəsmi nümayəndəsi kimi 2005-ci ildən fəaliyyət göstərir. Cənab Geoffrey Barclay-in bu səfərdə məqsədi İAB Azərbaycanda daha da inkişafı, yeni layihələrin həyata keçirilməsi, üzvlük prosesinin formalaşdırılması və bir çox ictimai əhəmiyyətli qurumlarda, dövlət təşkilatlarında mühüm  görüşlərin keçirilməsindən ibarət idi.

Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Audit Palatasının, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Neft Şirkətinin, Azərsu ASC , Azərsun və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi, əməkdaşlıq üzrə memorandumların layihəsi müzakirə olundu.

14 mart tarixində isə APFM üzvləri ilə görüş keçirildi. Geoffrey Barclay “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın artırılması” mövzusunda çıxış etdi, həmçinin bu tədbirdə APFM üzvü, “Finansist” jurnalının baş redaktoru- Ramil Bağırov “Beş standartlar paketi” 2013-cü ildən qüvvədə olan BMHS-da dəyişikliklər haqqında məlumat verdi.

Tədbirdə Azərbaycanda üzvlərin əldə edəcəyi imtiyazlar mövzusu daha aktiv sual-cavab formasında müzakirə olundu. Üzvlər daha çox beynəlxalq forumlarda iştirak etməyə, yeniliklərlə daim tanış olmağa üstünlük verdiklərini, xarici ölkələrdə təcrübə mübadilərsinin aparılmasında, İAB-in “Maliyyə İnglis dili” kurslarının (Finance English) Azərbaycanda keçirilməsində maraqlı olduqlarını ifadə etdilər. Geoffrey Barclay üzvlərə bu prosesdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və onlara öz təkliflərini hazırlayıb Assosiasiyaya təqdim etməyi tövsiyyə etdi, qeyd etdi ki, bu təkliflər IAB-in beynəlxalq üzvlük paketinin hazırlıq prosesində çox faydalı olacaq.

Hal hazırda Azərbaycanda İAB kvalifikasiyaları və imtahanları 3 səviyyədə təqdim olunur və bu yaxınlarda 4-cü səviyyə (Level 4 Diploma in Accounting to International Standards),  ayrıca kvalifikasiya kimi isə “Finance English” kvalifikasiyası üzrə imtahanların keçirilməsi nəzərdə tutulur. Elə martın 12-də IAB 2-ci və 3-cü səviyyələri üzrə tədrisi uğurla başa vurub imtahanlarda yüksək nəticələr göstərən tələbələrin diplomlarının təqdim olunma mərasimi keçirildi və Geoffrey Barclay özü şəxsən diplomları təqdim etdi.

Təqdimat mərasimində əməkdaşlarının bu uğuruna sevinən şirkətlərin nümayəndələri qeyd etdilər ki ,  maliyyə sahəsində beynəlxalq  standartların tətbiqi, nəzəri və praktik təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir və bu baxımdan mütəxəssislərinin biliklərinin artırılmasının daima diqqətdə saxlanılmasını və onların konfrans, seminar və treninqlərdə davamlı iştirakının təmin olunmasını vacib hesab edirlər. Onlar bu prosesdə fəal iştirak edən APFM və İnfosystem-link tədris mərkəzinə bu nailiyyətlərə görə öz təşəkkürlərini bildirdi, tədris mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə növbəti layihələrdə birgə əmədaşlığı davam etdirmək arzusunda olduqlarını bir daha vurğuladılar.

 “Finansist” jurnalı da bu fürsəti qaçırmadı və  cənab Geoffrey Barclay ilə müsahibəmizin Sizin üçün də maraqlı olacağına ümid edirik.