Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

12 fevral 2013-cü il tarixində  “JW Marriott Absheron Baku Hotel” Khojasan meeting room-da Professional Maliyyə Menecerləri Assosiasiyasının təsis etdiyi "Finansist” jurnalının təqdimat mərasimi keçirildi. Tədbirdə fəxri qonaqlar qismində Assosiasiyanın Məsləhət Şurasınn üzvləri və həmçinin respublikamızın ictimai əhəmiyyətli qurumlarının, dövlət təşkilatlarının, xarici nümayəndəliklərin, iri kommersiya təşkilatlarının nümayəndələri, maliyyə mütəxəssisləri iştirak edirdilər. Qonaqları Assosiasiyanın prezidenti, Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda nümayəndəsi – Novruzova Nuriyyə salamladı, assosiasiyannın ümumi fəaliyyəti və Finansist jurnalının təsis olunması ilə bağlı məlumat verdi.

Sonra isə Assosiasiyanın Məsləhət Şurası adından Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin Sədri, Beynəlxalq İqtisadçılar İttifaqının Vitse-Prezidenti Akademik  Ziyad Səmədzadə ön sözlə tədbiri açdı və redaksiya heyətini təbrik edərək xoş arzularını bildirdi.

 

Assosiasiyanın keçdiyi təcrübə yolunu göstərən qısa təqdimat çarxı təqdim olundu və xarici ölkələrin peşəkar təşkilatlarının rəhbərləri onlayn çarx vasitəsilə təbriklərini çatdırdılar.

Jurnalın baş redaktoru- Ramil Bağırov Jurnalın rubrikaları haqqında ətraflı təqdimat keçirdi.

Tədbirin fəxri qonaqları vergilər nazirinin müavini Sahir Məmmədxanov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Şirkətin vitse-prezidenti Süleyman Qasımov və Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. Şirkətinin Azərbaycandakı Filialının Azərbaycan üzrə İdarəedici Partyoru İlqar Vəliyev çıxış edərək jurnalın mühasiblərin, maliyyə direktorlarının və maliyyə mütəxəssislərinin peşəkar maraqlarına cavab verən tematik və ixtisaslaşdırılmış nəşrlərə ehtiyac olduğu bir dövrdə  nəşr olunmasını yüksək dəyərləndirdilər, jurnalın redaksiya heyətini bu münasibətlə təbrik edərək öz təklif və tövsiyyələrini də bildirdilər.

Sonda «Finansist»-in ilk 3 oxucusu seçildi və hədiyyələr verildi, təmtəraqlı tortu kəsildi və hamı toplaşaraq xatirə şəkli çəkdirdi. Tədbir qonaqların qeyri-formal görüşləri və furşetlə başa çatdı.

Tədbir çox uğurlu keçdi və iştirakçılar məmnun qaldılar.

Jurnal haqqında məlumat  media yayım ,   TV və internet portalları  vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Jurnalın iştirakçılar arasında böyük maraq doğurması, onun arzu olunan, tanınan, maraqlı və özünəməxsus materiallarla zəngin bir nəşrə çevriləcəyinə və oxucuların rəğbətini qazanacağıına ümidimizi bir daha artırdı.

Ümid edirik Finansist jurnalı –maliyyə məlumat jurnalı olmaqla yanaşı, həmçinin maliyyə, mühasibat uçotu və auditi sahəsində elmi-praktik vəsait kimi çoxsaylı oxucularımızın stolüstü kitabına çevriləcək, müasir, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, yeni məlumatların əldə edilməsi və gündəlik fəaliyyətlərində tətbiq edilməsi baxımından çox faydalı olacaqdır.