Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzv oldu!

22-25 iyun 2016 tarixində İspaniyanın Madrid şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən İllik konfrans keçirildi.

Böyük sevinc hissi ilə qeyd etmək istərdik ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da 2016-cı il mart ayından etibarən EFAA –ya , bu nüfuzlu təşkilata üzvlüyə qəbul olunmuşdur və təmtəraqlı imzalanma mərasimi də elə bu möhtəşəm konfrans tədbirləri çərçivəsində baş tutdu.  EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 17 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir.

Tədbir “Dəyişən standartlar, innovasiyalar və bazar tənzimlənməsi” mövzuları üzrə bir neçə sessiyadan ibarət idi. Konfrans keçirilən müddətdə Madrid şəhərinin görməli yerlərinə ekskursiyalar da təşkil olundu. Assosiasiya bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunurdu.

Konfransda müzakirə olunan mövzular mövcud qlobal bazar iqtisadiyyatının tələblərinə əsasən ölkəmizdə də fəaliyyət göstərən iri müəssisə və təşkilatların öz mövqelərini qoruyub saxlaması və inkişaf etdirmələri üçün biznes prosesləri sisteminin səmərəliliyinin artırılması və müəyyən dəyişikliklərin həyata keçirilməsi baxımından çox mühüm idi və bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsində, beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

Azərbaycan nümayəndə heyətinin Konfransda iştirakı mühüm rol oynamaqla bərabər həmçinin Assosiasiyamızın bu möhtərəm quruma üzvlüklə bağlı imzalanma mərasimində təmsil olunması bizim üçün çox sevindirici və qürurverici bir hal oldu.

Bu gün Assosiasiyanın beynəlxalq əlaqələri və əhatə dairəsi genişlənməkdədir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədi.

Bütün APFM üzvlərini təbrik edirik!