Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

16 yanvar 2015-ci il tarixində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasında (APFM) 2015-ci il üzvlük proqramı çərçivəsində üzvlər üçün “ Maliyyəçilər üçün Məlumatların idarə olunması” mövzusunda  treninq keçirildi. Aparıcı mütəxəsis kimi Moskvadan dəvət olunmuş Aleksandr Mixaylov çıxış edərək mühüm idarəetmə qərarlarının qəbul olunmasında məlumatların rolunu bir daha izah etdi, seminar ərəfəsində idarəetmə sahələrində məlumat xidmətinin əhəmiyyəti, metodları, güclü və zəif tərəfləri müzakirə olundu.

Təlim üzvlər arasında maraqla qarşılandı və mövzular aktuallıq baxımından yüksək qiymətləndirildi. 

Bildiyiniz kimi Assosiasiya 2013-cü ildən etibarən ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda üzvlük sisteminə başlamış, bu prosesi uğurla  həyata keçirir və artıq 3 il müddətində ciddi irəliləyişlər və nailiyyətlər əldə olunmuşdur. APFM  bir sıra xarici və yerli forumların təşkilatçısı olmuş, jurnalını nəşr etdirmiş, respublikamızı xarici ölkələrdə təmsil edərək peşəkar mütəxəssislərimizin beynəlxalq təcrübənin öyrənməsi istiqamətində tədbirlər həyata keçirmişdir. Həmçinin xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən üzvlər üçün mütəmadi olaraq treninqlər keçirilmişdir.

Biz bu fəaliyyətimizi 2015-ci ildə daha da genişləndirərək beynəlxalq təşkilatlara üzvlük məsələsini həyata keçirməyi, üzvlərin sayının artırılması, onlara peşəkar səviyyədə dəstəyin, imtiyazların təklif olunması, APFM nüfuzunun , onun respublikamızın ictimai həyatında rolunun daha da genişləndirilməsi və s istiqamətlərdə yeni tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq.

Onu da qeyd edək ki, bu il Bakıda Mühasiblərin və Auditorların 5-ci Avrasiya forumun keçirilməsi də nəzərdə tutulub. Bu və ya digər tədbirlər haqqında  jurnalımızın APFM səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdiriləcək.

Bizi izləməkda davam edin, sizinlə əməkdaşlığımızdan çox məmnunuq və qurur hissi ilə bildirmək istərdik ki, APFM üzvləri yüksək ixtisaslı mütəxəssislərdir. Onlar idarətmə sahəsində çalışır, yeni istedadlı menecerlər nəslini artırır, xüsusi biznes mədəniyyəti, peşəkar biznes dili formalaşdırır. APFM məzunlarının yaratdığı xoş mühit professional ünsiyyət dairəsini genişləndirir və biznesin inkişafına təkan verir.