Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə 24 Sentyabr 2014-cü ildə Bakı şəhərində “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi başda olmaqla mərkəzi icra hakimiyyəti orqanlarının yüksək səviyyəli nümayəndələri, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri və müşavirləri, universitet rektorları və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektor (həm real sektor, həm də maliyyə sektoru olmaqla) təmsilçiləri iştirak edib. Tədbirə həmçinin Türkiyədən, Gürcüstandan, Rusiyadan və Türkimənistandan iş adamları qatılıb.

 Öz işini iki panel üzrə quran konfransın gündəliyinə iki məsələ daxil edilmişdi. Birinci panel üzrə "Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətlər ", ikinci paneldə isə "Sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi" məsələləri müzakirə olundu.

Tədbirdə həmçinin APFM müşahidə şurasının sədri, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti, iqtisad elmləri doktoru, professor Süleyman Qasımov da iştirak etdi. O, 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunmasının əhəmiyyətindən bəhs edərək bir daha bildirdi ki, bu sənəd müasir çağırışlar və yeni təşəbbüslər çərçivəsində sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların iqtisadiyyatın dövriyyəsinə cəlb edilməsi, yeni sənaye parklarının yaradılması və sair mühüm məsələləri əhatə edir. O həmçinin, sənayeləşmə üçün zəruri olan iqtisadi şərtlər, sənaye modellərinin nəzəri və praktik xüsusiyyətləri, Azərbaycanda sənayeləşmənin tarixi ənənələrə malik olması, dünyada neftin ilk dəfə Azərbaycanda sənaye üsulu ilə hasil edilməsi, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə sənayeləşmənin əhəmiyyətli yüksəlişi və hazırda Prezident İlham Əliyevin bu sahəyə verdiyi töhfələrdən söz açdı.

Sonda çıxışçıların qaldırdıqları maraq doğuran məsələlər ətrafında aktiv müzakirələr aparıldı