Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

“Caspian Oil & Gas 2014” - Azərbaycanın neft potensialının dünya miqyasında unikal rolu

Finansist  Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2014”) sərgi və konfransının media partnyoru oldu.

 Xəzəryanı regionun neft-qaz sahəsində “ITE Group Plc” və “Iteca Caspian LLC” şirkətləri tərəfindən təşkil olunan bu ən böyük tədbir dünyanın 29 ölkəsindən 400-dən çox şirkəti bir araya gətirdi. Builki “Caspian Oil & Gas” sərgisi xüsusi əhəmiyyət kəsb edir, belə ki, sözügedən tədbir “Əsrin Müqaviləsi”nin 20-ci ildönümündə keçirilir. Həmin günlərdə Azərbaycanda ixtisaslaşmış neft-qaz sərgisinin keçirilməsi təşəbbüsünü Ümummilli Lider Heydər Əliyev dəstəkləmişdi.

Tədbir Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilirdi.

Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak edərək, tədbirin təntənəli açılış mərasimində geniş nitq söylədi və sərginin dünya miqyasında unikal rolunu qeyd etdi.

Sərgi neft diyarının şanlı tarixindən əsas məqamları və əsrin növbəti layihələrinin perspektivlərini uğurlu şəkildə vurğuladı, belə ki, “Caspian Oil & Gas” sərgisi ən irimiqyaslı tədbir kimi, iqtisadiyyat, elm və texnika sahəsində Azərbaycanın ən yüksək nailiyyətlərini nümayiş etdirir.

Azərbaycanda “Sənaye ili”nin keçirilməsi ilə əlaqədar olaraq, ekspozisiyalarda neft-qaz avadanlıqlarına xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, sərgi iştirakçılarının əksəriyyəti neft-qaz sahəsində müasir beynəlxalq layihələrin işlənib hazırlanması əsnasında ekologiya uğrunda mübarizənin də əhəmiyyətini vurğuladı. Azərbaycanlı və xarici eksponentlər hesab edirlər ki, ətraf mühitin mühafizəsinə bütün dünya miqyasında böyük əhəmiyyət verilməlidir.