Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

16 aprel 2014-cü il tarixində Gürcüstan  Respublikasının Maliyyə Menecerləri, Auditorlar  və Mühasiblər Federasiyası "GFAAFM" və Azərbaycan Respublikasının Professional Maliyyə Menecerləri Assosiasiyası  "APFM" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb.

 Memorandumu GFAAFM icraçı direktoru Yuri Papaskua və  APFM prezidenti Nuriyyə Novruzova imzalayıb.

Memorandum çərçivəsində əsas fəaliyyət istiqamətləri kimi iki professional təşkilat arasında əlaqələrin möhkəmləndirilməsi,  auditor, maliyyə və mühasibatlıq sahəsində  çalışan kadrların IFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanması, təcrübə mübadiləsi əsasında peşəkar inkişafının təmin olunması üzrə birgə fəaliyyət planının hazırlanması vı həyata keçirilməsi nəzərdə tutulur.