Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

29 yanvar  2014-cü ildə “JW Marriott Absheron” Hoteldə Sloveniyanın “ETI-elektro element” elektrik avadanlıqları şirkətinin təqdimatı keçirilib. Finansist tədbirin rəsmi media partnyoru idi. Jurnalın Baş redaktoru Ramil Bağırov tədbirdə çıxış edərək ETİ Azərbaycan şirkətini bu uğurlu təqdimat münasibətilə təbrik etdi və şirkətə gələcək fəaliyyətində uğurlar arzuladı.

Təqdimatda "ETI- elektro element” şirkətinin vitse-prezidenti Peter Gasperlin və ETİ-Ukrayna nümayəndəliyinin xarici iqtisadi əlaqələr üzrə meneceri Andrey Apostaliuk müəssisənin istehsal etdiyi elektrik avadanlıqları barədə məlumat verib.

 Tədbirdə Sloveniyanın "ETİ-elektro element" Konserninin Azərbaycanda rəsmi nümayəndəsi olan "ETİ-Azərbaycan " şirkətinin fəaliyyəti barədə də danışılıb. "ETİ-Azərbaycan " şirkətinin rəhbəri Aydın Məmmədov bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da uğurlu olacaq.

Qeyd edək ki, "ETİ-Azərbaycan " şirkətinin əməkdaşları Azərbaycan, Sloveniya və Ukraynada xüsusi təlimlər keçib. Hazırda şirkətin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən digər şirkət və müəssisələrdə təlimlər keçirilir.

Biz də Finansist adından ETİ kollektivini ürəkdən təbrik edirik və yüksək maliyyə göstəriciləri əldə etməsini arzu edirik.