Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

I Beynəlxalq praktik konfrans

«Rusiyada daxili nəzarət və audit: Konsepsiya və praktika»

23-24 Oktyabr 2013 tarixdə Moskvada "Prezident Hotel"-də "Rusiyada Daxili nəzarət və audit:Konsepsiya və praktika" mövzusunda I Beynəlxalq konfrans keçirildi və APFM nümayəndə heyəti bu konfransda iştirak etdi.

Konfrans Dövlət Atom Enerjisi Korporasiyası "Rosatom" dəstəyi ilə, Böyük Britaniyanın Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) Rusiya nümayəndəliyi tərəfindən təşkil olunmuşdu. Tədbirin operatoru - Rusiya Auditorlar Palatasının tədris mərkəzi idi.

Konfransı giriş sözu ilə ICFM –in Baş İcraçı Direktoru Qarri Karter və , ICFM Rusiya nümayəndəliyinin rəhbəri  Anastasiya Rusakova açdı.

Konfrans iştirakçılarını həmçinin Rusiya Federal Məclisinin Dövlət Dumasının innovativ İnkişaf və iqtisadi siyasət komitəsinin, "Roskosmos" Federal Kosmik Agentliyinin nümayəndələri salamladı.

Konfransın ilk günü, Rusiyada və xaricdə daxili nəzarət və auditin inkişaf perspektivlərinə həsr olunmuş plenar sessiyalar ilə başladı. Plenar iclasın məruzəçiləri arasında Rusiya Federasiyası Federal Məclisinin, Dövlət Dumasının , Maliyyə Nazirliyinin Maliyyə və büdcəyə nəzarət,  Federal Xəzinədarlığı , Milli Antikorrupsiya Komitəsi,   Antiinhisar Xidməti və Rusiya Federasiyasının digər dövlət orqanlarının həmçinin  " Rosatom " ASC ",  Rusiya Dəmir Yolları " ASC " Rostelecom " ASC,  " Lukoil "və s iri şirkətlərin nümayəndələri var idi.

Rusiyada daxili nəzarət və audit tarixində ilk dəfə təşkil olunmuş bu konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, daxili nəzarət və audit sistemləri mövzusunda ictimai debatlar geniş vusət aldı. Böyük Britaniya, Ukrayna, Qazaxıstan, Azərbaycan və digər ölkələrdən gəlmiş nümayəndələr öz təcrübələrini bölüşdülər. Konfrans ICFM tərəfindən təşkil olunmuş təntənəli Qala Şam yeməyi və mükafatların təqdimatı ilə başa çatdı.

Qala Şam yeməyində ICFM-in patronu  Əlahəzrət Şahzadə Maykl Kent bütün iştirakçıları salamladı və mükafat alanları təbrik etdi.

 

İştirakçılar bu  konfransın  daxili auditorlar və dövlət orqanları nəzarətçiləri üçün Rusiya və digər xarici ölkələrin iri şirkətləri arasında  təcrübə və informasiya mübadiləsinin aparılması baxımından çox vacib olduğunu qeyd etdi. Daxili nəzarət və audit sistemlərinin inkişafında təcrübə mübadiləsinin əhəmiyyətini nəzərə alaraq, hər il analoji konfransların keçirilməsi qərara alındı.