Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Oktyabr ayının 4-dən 6-a qədər Bakı şəhərində “Education & Career 2013” 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçirildi. APFM üzvləri və "FİNANSİST"-in redaksiya heyti də bu tədbirin iştirakçıları sıralarında yer aldı.

Bu sərgidə iştirakımızın məqsədi APFM tədris proqramlarını və "FİNANSİST"-i geniş tələbə və mütəxəssis auditoriyasına nümayiş etdirmək idi, belə ki Təhsil sahəsində keçirilən bu yeganə tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunur. Bu il 100-dən artıq iştirakçını bir araya gəldi. Beynəlxalq “Təhsil və Karyera” sərgisi “JW Marriott Absheron Baku Hotel” mehmanxanasında keçirildi. İştirakçıların əksəriyyətini xaricdə bakalavr və MBA  proqramları, dil kursları, biznes-proqramları və xaricdə təlim sistemləri təqdim edən müxtəlif təhsil müəssisələri təşkil edirdi. Sərginin məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə xarici tərəfdaşlar və işə götürən təşkilatlar arasında əməkdaşlığın inkişafına nail olmaq, insan resursları bazarında mövcud problemləri müzakirə etmək, iş sektoru ilə ali təhsil müəssisələri arasında əlaqələri genişləndirməkdən ibarətdir.

Tələbələr və mütəxəssislər bizim stenddə nəinki Jurnalda dərc edilən aktual mövzularla, həmçinin APFM-in təklif etdiyi beynəlxalq statuslu tədris və üzvlük proqramları ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

Sərgidə təmsil olunan ali təhsil müəssisələrinin nümayəndələri APFM ilə gələcəkdə ikitərəfli əməkdaşlığın qurulması istiqamətində əməkdaşlarımızla konstruktiv fikir mübadiləsi aparmışlar.

Finansist, həmçinin 23-26 oktyabr 2013 tarixində Bakı Ekspo Mərkəzində keçirilən Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri - “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin media partnyoru oldu.

Bu gün Azərbaycanın inşaat sənayesi ən dinamik inkişaf edən sahələrdən biri hesab olunur və bu da “BakuBuild 2013” ixtisaslaşdırılmış inşaat sərgisinin hər il genişlənən ekspozisiyasında öz əksini tapır. Sərginin uğurla həyata keçirilməsində dövlət orqanları da mühüm rol oynayırlar. “BakuBuild 2013” sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər. Sərginin bu cür uğur qazanması “ITE Group plc” şirkətinin xarici şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsidir. Bu tərəfdaşlar sırasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri yer alır. Həmçinin, artıq altı ildir ki, “BakuBuild” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür.

Biz Iteca Caspian ilə peşəkar əməkdaşlıqdan çox məmnunuq. İştirakçıların beynəlxalq statuslu tədris proqramlarına, kadr hazırlığına, ixtisaslaşmış kurslara marağı ildən ilə artmaqdadır. Belə sərgilərin keçirilməsi isə APFM –in bu istiqamətdə fəaliyyətinin daha da genisləndirilməsi, yeni tədris imkanlarının təqdim edilməsi, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarlıqlarının artırılması prosesində böyük əhəmiyyət kəsb edir və həmçinin müştəri axtarışı, habelə biznes üçün yeni imkanların genişləndirilməsi kimi sahələrlə bağlı məsələlərə aydınlıq gətirir.

Qeyri-rəsmi şəraitdə keçirilən görüşlər isə bu sahədə fəaliyyət göstərən digər şirkətlərin bütün təklifl ərini ətrafl ı şəkildə nəzərdən keçirmək üçün imkan yaradır. Biz mütəmadi olararaq sərgilərdə iştirak edirdik və burada geniş imkanlarımızı və əməkdaşlıq perspektivlərini təqdim etməyə çox şadıq. Gələcəkdə Bakı Ekspo Mərkəzində keçiriləcək növbəti sərgilərdə də iştirak etməyi nəzərdə tuturuq.