Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası Mühasiblərin və Auditorların 4-cü Avrasiya Forumuna ev sahibliyi etdi. Avropa və Asiyanın bir çox nüfuzlu qurumlarını təmsil edən nümayəndələrin iştirak etdiyi  forumda bu sahədəki prioritetlər müzakirə edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən çətinliklərlə qarşılaşsa da, hazırda iqtisadi göstəricilərinə görə regionun aparıcı dövlətinə çevrilib. Bu barədə «Mühasiblərin və auditorların 4-cü Avrasiya» forumunda məlumat verilib. «Daxili nəzarət və risklərin idarə olunması» mövzusunda keçirilən iclasda bildirilib ki, son illər Azərbaycanda maliyyə sistemi daha da təkminləşdirilib, ən əsası isə daxili audit sistemi  formalaşdırılıb. Bu da ölkədə maliyyə və iqtisadi inkişaf tempinə öz təsirini göstərib. Bundan başqa, bir sıra sahələrdə risk faktorlarının azalması müşahidə olunmaqdadır. 

Milli Məclisin Komitə Sədri, Azərbaycan İqtisadçilar İttifaqinin sədri Ziyad Səmədzadə: Əgər bir dövlətdə, şirkətdə daxili nəzarət varsa, demək resurslardan səmərəli istifadəyə də imkan genişlənir. Dünya təcrübəsi də göstərir ki, daxili auditor varsa, qayda-qanun var, maaş yüksəkdir, elə firma var ki, nə uçot var, hesab var, sonra da görür iflasa uğrayır.  

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, daxili audit idarəetmə nəzarətinin tərkib hissəsi kimi digər nəzarət üsullarından daha fərqli olmaqla sistem daxilində geniş əhatə dairəsinə, mövcud ehtiyatların qiymətləndirilməsi imkanına malikdir. Bu xidmət həm də daxili nəzarət sisteminin əsas elementi kimi müntəzəm olaraq fəaliyyət göstərir.

Avropa Mühasiblər və Auditorlar Federasiyasının baş icraçı direktoru Federiko Diomeda da daxili nəzarət sisteminə baxışla bağlı öz təcrübəsini bölüşüb. Onun sözlərinə görə, daxili nəzrət təkcə böyük şirklətlərə deyil, eyni zamanda kiçik və orda sahibkarlığa da aiddir.

Auditorlar Palatasının sədri Vahid Novruzov  Azərbaycanda auditin inkişaf konsepsiyasından və onun funkiyalarından danışıb.

Professional Maliyyə Menecerləri Assosiasiyasinin prezidenti  Nuriyyə Novruzova: Beynəlxalq təcrübəni öyrənmək üçün fikir mübadiləsi aparılır. Maliyyə sahəsində çalışanların dünyaya inteqrasiyası, maarifləndirilməsi prioritetlərimizdəndir. 

Tədbirdə  Çin, İtaliya, Rumınya, Polşa və digər 11 ölkənin mühasibat və audit üzrə tanınmış  təşkilatlarının nümayəndələri və yerli mütəxəssislər iştirak edib.

Müxtəlif dövlət və beynəllxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə şəffaflığın artırılmasında daxili nəzarətin rolu və risklərin idarə olunması müzakirə olunub. Bildirilib ki, nəzarətə dair qanunların icra mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Toplantıda müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsinə dair də fikir mübadiləsi aparılıb. 

Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkil etdiyi forum 3 gün keçirildi. Açılış mərasimi Azərbaycan haqqında videoçarxın nümayiş etdirilməsi ilə başlayıb. Forumun açılış mərasimində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə qonaqları salamlayaraq  tədbirin əhəmiyyətindən, ölkəmizdə mühasibat və audit sistemlərinin inkişafından danışıb.

Beynəlxalq təcrübəyə əsaslanaraq maliyyə sahəsində çalışan peşəkar mütəxəssislərin iş qabiliyyətinin artırılması, stimullaşdırılması, motivasiyası və statusunun artırılmasını vacib hesab edərək bu il ilk dəfə olaraq APFM tərəfindən Nominasiyalar təsis edilmiş və Açılış mərasimində onlar öz qaliblərinə təqdim olundu. Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICFM/ICB Global) Baş İcraçı direktoru Qarri Karter  bu forumu mühasiblərin və auditorların maarifləndirilməsində, peşəkar inkişafinda bir töhfə kimi qiymətləndirərək mükafatları  nominantlara təqdim etdi. Açılış mərasimi konsert proqramı ilə davam etdirildi.

Forum, iştirakçıların və xarici qonaqların Şamaxı şəhərinə -Astrofizika Rəsədxanasına ekskursiyası və qeyri-formal görüşlərlə başa çatdı.

Biz əminik ki ölkəmizdə mütəmadi olaraq keçirilən bu Forum mütəxəssislərimizin  peşəkar bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində ,yüksək ixtisaslı maliyyəçilərin sayının artmasında böyük rol oynayacaq. Forumda fəal iştirakı ilə seçilən APFM üzvlərinə və əməkdaşlarına təşəkkür edirik!

 

Forumda təqdim olunan nominasiyalar:

"Maliyyəçi peşəsinin inkişafında verdiyi xüsusi töhfəyə görə"

Akademik Ziyad Səmədzadə -Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri,

Süleyman Gasımov -ARDNŞ (SOCAR) Vitse-prezidenti , APFM Məsləhət Şurasının Sədri  

İlin Auditoru

Vahid Novruzov- Azərbaycanın Auditorlar Palatasının Sədri, APFM Məsləhət Şurasının üzvü  

“İlin Maliyyə Meneceri”

Mahir Məmmədov -Azərsu ASC-nin Sədr müavini

Lyubov  Andropova -AZAL QSC-nin Vitse -prezidenti  

“İlin Finansisti”

Maarif Nəcəfov -ARDNŞ-nin Azəriqaz İstehsalat Birliyinin İqtisadiyyat və Uçot İdarəsinin Rəisi

Elman Hüseynov -Azərbaycan Respublikası Maliyyə Nazirlinin Tədris mərkəzinin direktoru 

 

Anar Mustafayev -Azərbaycan Respublikası Rabitə Nazirliyinin BTRİB-nin baş mühasibi