Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) rəsmi tədris mərkəzi  Infosystem-link peşəkar kadr hazırlığı prosesini davam etdirir və növbəti təlimlər uğurla başa çatmış, bir qrup tələbə Böyük Britaniyanın  Beynəlxalq Mühasiblər Assosiasiyasının və Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Beynəlxalq mühasibat uçotu, Maliyyə menecmenti  və Daxili audit  proqramları üzrə Bakı şəhərində və regionlarda tədrisi  müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar .

 Təqdimat mərasimində əməkdaşlarının bu uğuruna sevinən şirkətlərin nümayəndələri qeyd etdilər ki , menecment və maliyyə sahəsində beynəlxalq  standartların tətbiqi, nəzəri və praktik təcrübəsi olan  yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir və bu baxımdan  mütəxəssislərinin təcrübələrinin artırılmasının daima diqqətdə saxlanılmasını və onların konfrans, seminar və treninqlərdə davamlı iştirakının təmin olunmasını vacib hesab edirlər. Onlar bu prosesdə fəal iştirak edən İnfosystem-link tədris mərkəzinə bu nailiyyətlərə görə öz təşəkkürlərini bildirdi, tədris mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə növbəti layihələrdə birgə əmədaşlığı davam etdirmək arzusunda olduqlarını bir daha vurğuladılar.

Qeyd edək ki Infosystem-link  tədris mərkəzi 2005-ci ildən etibarən beynəlxalq standartlara cavab verən ixtisaslı kadrların hazırlığı prosesində fəal iştirak edir, öndə gedən tanınmış beynəlxalq tədris mərkəzi və bir sıra beynəlxalq peşəkar təşkilatların Azərbaycanda rəsmi nümayəndəsi kimi bir çox  mütəxəssisin beynəxalq proqramlar üzrə sertifikatlaşmasında öz töhvəsini vermiş və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

 

Diplomlara layiq görülmüş bütün tələbələri təbrik edirik!