Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

 

Ümumiyyətlə mən APFM-in fəaliyyətini məqsədəuyğun hesab edirəm və dəstəkləyirəm. Dediyiniz kimi audit, mühasibat, menecmentin tədrisi üzrə maliyyə assosiasiyaları ilə əməkdaşlıq edirsiniz. Bu sahələr müasir dövrdə iqtisadiyyatın çox aktual sahələridir. Nəzərə alsaq ki, ölkəmiz dünyaya inteqrasiya edir, əlbəttə bu təqdirdə biz müasir tələblərə cavab verən kadr potensialının yetişməsini ön plana çəkməliyik. Bu baxımdan bank sektoru, sığorta sahəsində də əməkdaşlıq məqsədəuyğun olardı.  

Mən sizin kollektivinizə bir daha öz səmimi təbriklərimi çatdırıram. Arzu edərdim ki, jurnalınızda daha qlobal məsələlər, dünya iqtisadiyyatında baş verən hadisələr, dəyişikliklər, inkişaf meyilləri və onu yaradan səbəblər və s. bu kimi məsələlər ətrafında fikir mübadiləsi, müsahibələr işıqlandırılsın. Milli iqtisadiyyatımızın perspektiv imkanları və ümumiyyətlə, milli marağ özündə əks etdirən məqalələr öz əksini tapsın.

Onu da qeyd edim ki, suallar, həqiqətən, çox maraqlı və aktual idi. Sizinlə əməkdaşlıq etmək, fikir mübadiləsi aparmaqdan məmnunam. İnanıram ki, jurnalınız geniş oxucu kütləsinin rəğbətini qazanacaq və uzun ömürlü olacaq. Bu şərəfli yolda Sizə uğurlar arzu edirəm.  

 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, APFM Məsləhət Şurasının üzvü, akademik ZİYAD SƏMƏDZADƏ

 


Hesab edirəm ki, Peşəkar Maliyyə Menecerləri Assosiasiyası bu günün iqtisadi tələblərinə uyğun olaraq çox zəruri fəaliyyətlə məşğuldur. Çünki mühasibat, audit və menecmentin tədrisi iqtisadiyyatın idarə olunmasında müasir bazar münasibətlərinə üstünlük verən hər bir ölkə üçün böyük əhəmiyyətə malikdir.

Bu baxımdan qeyd olunan sahədə beynəlxalq maliyyə assosiasiyaları ilə əməkdaşlığı, təcrübə mübadiləsini və müasir tələblərə cavab verən peşəkar kadr potensialının formalaşdırılmasını yalnız yüksək qiymətləndirmək mümkündür.

Eyni zamanda, qloballaşan dünyada inteqrasiya proseslərinin bir çox iqtisadi sahələri, o cümlədən maliyyə sektorunu da sürətlə əhatə etdiyinə diqqət yetirsək, məhz bu sahədə əlaqələrin genişləndirilməsi ölkəmizin iqtisadi imkanlarının gücləndirilməsi baxımından yalnız müsbət nəticələr verə bilər.

“Finansist” jurnalının fəaliyyətə başlaması münasibətilə jurnalın bütün kollektivini təbrik edirəm. Yüksək peşəkarlıqla ərsəyə gətirdiyiniz jurnal qısa bir zamanda ölkənin iqtisadiyyatla yaxından maraqlanan mütəxəssislərinin diqqətini çəkmişdir. Burada makro və mikroiqtisadiyyat, monetar siyasət, maliyyə-bank sektoru, inkişaf iqtisadiyyatı, sosial sfera kimi sahələrdəki aktual məsələlərin tədqiqinin nəticələri və ən müasir metodoloji biliklər dərc olunur. Xüsusilə əhəmiyyətlidir ki, bu jurnal vətəndaşların iqtisadi biliklərinin artmasında mühüm rol oynayır.

Əminəm ki, «Finansist» jurnalı, professional səviyyəli nəşr olmaqla yanaşı, iqtisadi mühitlə bağlı təsəvvürlərin formalaşmasına xidmət göstərəcəkdir. Hesab edirəm ki, bu gün ölkəmizin qarşısında duran sosial-iqtisadi problemlər, o cümlədən nağdsız hesablaşmaların genişləndirilməsi, əmək münasibətlərinin leqallaşdırılması, vətəndaşlarımızın informasiya texnologiyalarını mənimsəməsi ilə bağlı rastlaşdıqları problemlərin həlli ilə bağlı məsələlər də “Finansist” jurnalının gələcək nəşrlərində öz əksini tapacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların məqsəd və hədəflərinə həsr edilmiş, eləcə də Azərbaycan iqtisadiyyatında müşahidə olunan yeni meyillər, inkişaf texnologiyaları, iqtisadiyyatı inkişaf etmiş ölkələrinin ayrı-ayrı sahələrdəki təcrübəsinin ölkəmizdə tətbiqi imkanlarının araşdırılması ilə bağlı mövzular da oxucular üçün maraqlı ola bilər.

Jurnalın təsisçilərinə və redaksiya heyətinə uğurlar və müstəqil Azərbaycanımızın inkişafı naminə məqsədyönlü işlərində müvəfəqiyyətlər arzulayıram.

Vergilər Nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri SAHİR MƏMMƏDXANOV


 

APFM kimi professional qurumların respublikamızda fəaliyyəti sertifikatlaşmış yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və daima təkmilləşdirilməsində, eləcə də müasir elmi-texniki və innovasion məsələlərin həllində mühüm rol oynayır, maliyyə mütəxəssislərinin beynəlxalq standartlara uyğun keyfiyyətli maliyyə uçotunun aparılması üçün lazımi bilik və bacarıqlar ilə təmin edir.

Mən APFM-in beynəlxalq konfransların peşəkar təşkilatçısı kimi fəaliyyətini xüsusi qeyd edərdim. Belə mühüm tədbirlər Azərbaycanın geniş nümayəndə heyəti ilə təmsil olunması, iştirakçıların digər ölkələrin nümayəndələri ilə görüşləri, təcrübə mübadiləsi və nəhayət beynəlxalq aləmdə iqtisadiyyat , maliyyə, mühasibat uçotu və auditi sahəsində baş verən yeniliklərlə tanışlıq baxımından yüksək qiymətləndirilməlidir.

Professional Maliyyə Menecerləri Assosiasiyasına maliyyə sahəsində peşəkarların hazırlanması istiqamətində gələcək fəaliyyətində inkişaf və tərəqqi arzu edirəm.

ARDNŞ-nin iqtisadi məsələlər üzrə Vitse-prezidenti, 

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının sədri, 

iqtisadi elmlər doktoru SÜLEYMAN QASIMOV